“Ayntraxt” Bakıda məşq etməyəcək

19.01.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Ayntraxt” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”la matçdan öncə Bakıda açıq məşq və mətbuat konfransı təşkil etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Almaniyada keçiriləcək. 

Qeyd edək ki, yanvarın 21-də, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” – “Ayntraxt” görüşü saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью