“Ayntraxt” Bakıya Matəm günü gələcək nə məşq olacaq, nə də konfrans

19.01.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Ayntraxt”ın Bakıya səfər planı müəyyənləşib.

Bu barədə “Football-plus.az”a “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Frankfurt təmsilçisi yanvarın 20-də axşam saatlarında paytaxtımıza təşrif buyuracaq. Qonaqlar “Marriott Abşeron” otelində məskunlaşacaq. Komandanın ölkəmizdə açıq məşqi və baş məşqçinin mətbuat konfransı nəzərdə tutulmayıb.
Xatırladaq ki, klub UEFA tərəfindən cəzalandırıldığına görə Bakıda azarkeş dəstəyi ala bilməyəcək.
“Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-i, saat 21.45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью