Ayntraxt klubunu dəyişmək istəyən hücumçusuna elə qiymət qoydu ki...

20.05.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Frankfurt "Ayntraxt"ı bu yay iş yerini dəyişmək qərarına gələn hücumçusu Uqo Ekitikeyə qiymət qoyub.

Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, növbəti mövsüm UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanan Bundesliqa təmsilçisi 22 yaşlı forvardı almaq istəyənlərdən 100 milyon avro tələb edəcək.

Klubdan ayrılmaq fikrindən dönməyən Ekitikenin adı bir neçə klubla yanaşı çəkilsə də, "Ayntraxt"ın tələbi onları geri çəkilməsini şərtləndirir.

Qeyd edək ki, sözügedən futbolçunun "qartallar"la müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq. Cari mövsüm bütün turnirlərdə 48 matça çıxan Uqo 22 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью