Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bundesliqa təmsilçisi Ayntraxt Frankfurt yanvar transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, alman klubu bu məqsədlə "Nyukasl Yunayted"in danimarkalı gənc hücumçusu Villiam Osula ilə maraqlanır.
"Frankfurt" rəhbərliyi 22 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. Klub rəhbərliyi, Osulanın dinamizmi və fiziki gücünün Bundesliqada komandanın hücum potensialını artıracağına inanır.
"Nyukasl" isə oyunçunun daim əsas heyətdə şans qazanması üçün icarə variantına müsbət yanaşır, lakin müqaviləyə satınalma opsiyasının daxil edilməsini istəyir.
Qeyd edək ki, hücumçu bu mövsüm 9 matçda 3 qol və 1 asistlə fərqlənib.
Kamil Xudiyev