Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tanınmış idman aparıcısı Sənan Şəfizadə sosial şəbəkə hesabından "Qarabağ"ın bu axşamkı vacib matçı barədə paylaşım edib.
Milli.Az xəbər verir ki, o, rəqib komanda "Ayntraxt"ın Bakıda öz azarkeşlərindən məhrum halda oyuna çıxacağını bildirib.
Şərhçi həmçinin yerli azarkeşlərə də səslənib: "UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələrə görə "Ayntraxt"a iki səfər oyunu üçün azarkeş qadağası tətbiq edib.
Bu səbəbdən dünən aeroportda 14-15 alman azarkeşini görəndə bir qədər təəccübləndim. Bakıdakı matçda rəqib azarkeşlərinə yer ayrılmayıb.
Amma illərlə "Ayntraxt"ın yanında olan bir qrup azarkeş Budapeşt-Bakı reysiylə ölkəmizə gəlib.
Onlar çətin durumda olan komandanı dəstəkləmək üçün böyük məsafəni qət etməkdən çəkinməyib.
Almanlar Bakıya gələ bilirsə, biz Bakının mərkəzində yerləşən stadionumuza getməyə borcluyuq.