“Ayntraxt” qələbəni əldən verdi

29.08.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ayntraxt” qələbəni əldən verdi

Almaniya Bundesliqasında 2-ci turun oyununda “Union” doğma meydanda “Ayntraxt”ı qəbul edib.

QOL.az xəbər verir ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Ev sahibləri 3-cü dəqiqədə hesabı açıblar. Emmanuel Latte Lat “Union”u önə keçirib. “Ayntraxt” isə cəmi iki dəqiqə ərzində Yunus Ebnoutalibin dublu ilə hesabı 2:1-ə çevirib.

67-ci dəqiqədə Ebnoutalib üçüncü qolunu vuraraq het-trik edib və Frankfurt təmsilçisinin üstünlüyünü 3:1-ə çatdırıb.

“Union” oyunun sonlarında hesabı dəyişə bilib. 79-cu dəqiqədə Leopold Kverfeld fərqi minimuma endirib. Hakimin əsas vaxta əlavə etdiyi 3-cü dəqiqədə Tim Skarke meydan sahiblərinə məğlubiyyətdən xilas edən qolu vurub - 3:3.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью