Ayntraxt türkiyəli üçün qiymət qoydu 80 MİLYON AVRO

07.10.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Bu mövsüm "Ayntraxt"dakı çıxışı ilə diqqətləri üzərinə çəkən Can Uzun qışda komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, 19 yaşlı vingerlə İngiltərə klubları yaxından maraqlanır.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Bundesliqa təmsilçisi oyunçunu transfer etmək istəyən komandalardan 80 milyon avro tələb edəcək.

Xatırladaq ki, "Ayntraxt" Türkiyə millisinin üzvünü 2024-cü ildə "Nürnberq"dən 11 milyon avro qarşılığında heyətinə qatıb.

Qeyd edək ki, Can Uzun bu mövsüm Frankfurt klubu ilə çıxış etdiyi 9 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

"Mançester Yunayted"də böhran: Futbolçular geyimsiz qaldılar Raşford "Barselona"da qalmaq istəyir Almaniya yığmasında itki - heyətdən çıxarıldı Məşhur futbolçunun pasportu oğurlanıb Millimizin rəqibinin heyətində dəyişiklik
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью