“Ayntraxt” “Volfsburq” oyununda qalib müəyyənləşmədi

30.11.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bundesliqanın XII turunda “Ayntraxt Frankfurt” öz meydanında “Volfsburq”u qəbul edib və tərəflər 1:1 hesabı ilə heç-heçə oynayıb.

İdman.Biz xəbər verir ki, hesabı 67-ci dəqiqədə qonaqların hücumçusu Aaron Zenter açıb. Matçın son anlarında isə “Ayntraxt” penaltidən qol vuraraq hesabı bərabərləşdirib. Miçi Batşuayi-A Tunqa 90+6-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra “Ayntraxt” 21 xalla 7-ci, “Volfsburq” isə 9 xalla 15-ci pillədə qərarlaşıb.

Növbəti turda “Ayntraxt” 6 dekabrda səfərdə “Leyptsiq”lə qarşılaşacaq. “Volfsburq” isə həmin gün öz meydanında “Union”u qəbul edəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью