Ayntraxt xuliqanlara görə Qarabağ la matça daha əlverişsiz vəziyyətdə çıxacaq alman mediası

19.12.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"In rəqibi olan "Ayntraxt"ı cəzalandırıb. Frankfurt klubu Bakıda dəstəksiz qalacaq. "Ayntraxt"ın cəzalandılmasının səbəbi azarkeşlərinin "Barseolona" ilə səfərdə keçirilən görüşdə (1:2) pirotexniki vasitələrdən istifadə etməsidir.

Sportal.az xəbər verir ki, Almaniyanın "Bild" nəşri "Ayntraxt"ın paytaxtımızda tək qalmasına belə şərh verib: 

"Dino Toppmöllerin komandasına ciddi ziyan vuracaq haqlı cəza verildi. “Ayntraxt”ın pley-off mərhələsinə yüksəlmək şansı üçün Bakıda qələbəyə çox ehtiyacı var. Lakin komandanın islaholunmaz xuliqanlarına görə, komanda indi "Qarabağ"la oyuna daha əlverişsiz vəziyyətdə çıxacaq".

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью