“Ayntraxt”ın 2000 dən çox azarkeşi klubu ələ keçirmək istəyir “Qarabağ”a məğlubiyyət onları dəli edib!

28.01.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ayntraxt”ın Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində “Qarabağ”a uduzması (2:3) azarkeşlərini özündən çıxarıb.

“Football-plus.az” “Kicker”ə istinadla xəbər verir ki, Frankfurt təmsilçisinin ultrası klub qarşısında ciddi tələblərlə çıxış edib.
Onlar komandanın indiki durumunu, xüsusən, “Qarabağ”la məğlub olduqlarına görə Çempionlar Liqasından çəkilməyi həzm etmədiyini deyib. 2000-dən çox azarkeşin iştirakıyla keçirilən iclasda klubun Bakıdan məğlubiyyətlə dönməsi biabırçılıq adlandırılıb.
Azarkeşlər bildiriblər ki, bundan sonra klubun intizabi və fəxri şuralarında, həmçinin, seçki komitəsində, audit məsələlərində tərəfdarların daha çox nümayəndəsi olmalı, klubun fəaliyyəti yaxından müşahidə edilməlidi.
Xatırladaq ki, “Qarabağ”a uduzan “Ayntraxt”ın liqa mərhələsini ilk “24-lük”dən kənarda bitirəcəyi dəqiqləşib.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью