“Ayntraxt”ın Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq

19.01.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt”ın Bakıda mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi olmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Almaniyada təşkil olunacaq.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də başlayacaq.

"Barselona" top-5 liqada nadir göstərici ilə tarixə düşüb Dibaladan son 20 ilin rekordu Afrika Millətlər Kubokunun qalibi bəlli oldu - tarixində ikinci dəfə Nani karyerasını bərpa edir Tedesko tarix yazdı: “Fənərbaxça”da bunu bacaran üçüncü məşqçi oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью