“Ayntraxt”ın hücumçusu “Qalatasaray”la anlaşdı

02.07.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ayntraxt”ın hücumçusu Can Uzun karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” futbolçu ilə razılığa gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu “Ayntraxt”la danışıqlar aparır.

Can “cim-bom”da oynamağa razıdır və klubdan onu buraxmağını istəyəcək.

Hücumçu Bundesliqada 41 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib. O, 2024-cü ildən “Ayntraxt”ın formasını geyinir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью