“Ayntraxt”la oyun “Qarabağ”a 17500 avroya başa gəldi

24.02.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

UEFA “Ayntraxt”la Çempionlar Liqası matçında yaşananlara görə “Qarabağ”a intizam cəzası verib.

"Football-plus.az"ın məlumatına görə, 3:2 hesablı qələbədən sonra komanda turnirin pley-offuna yüksəlib, lakin İntizam Komitəsi klubu idman tədbiri üçün uyğun olmayan mesaj ötürdüyünə, futbolun və UEFA-nın nüfuzuna xələl gətirdiyinə görə 17500 avro cərimələyib.
“Qarabağ” həmçinin bilet nəzarəti qaydalarını pozmaqda ittiham olunub. Klub bu qayda pozuntusuna görə xəbərdarlıq alıb, lakin heç bir maliyyə cəriməsi tətbiq edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью