“Ayntraxt”la oyuna doğru: “Buna diqqət etmək lazımdır” | Icma.az
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” Çempionlar Liqasının VII turunda bu gün “Ayntraxt”la qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 21:45-də start veriləcək.
Millinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü: “Qarabağ”ı çətin və vacib oyun gözləyir.
Burda qazanılacaq üç xal şansları çoxaldacaq və bu səbəbdən önəmlidir. “Ayntraxt” Bundesliqanın yaxşı komandalarındandır.
Məşqçi dəyişikliyi olsa da, onların kifayət qədər təcrübəsi var və üç xal onlara da lazımdır. Maraqlı görüş olacaq”.
Mütəxəssis “Qarabağ”ın matçda diqqət etməli olduğu məqamlardan danışdı: “Qarabağ”ın Antalya toplanışı faydalı keçdi.
Üç oyunda da qələbə qazandılar və komandada yaxşı atmosfer var. Üstəlik, evdə azarkeş dəstəyi olacaq və bu da müsbət haldır. Şanslar olacaq.
Tam oxu
Xəbəri oxu