Aynur Amerikada 300 dollar cərimələndi Video

17.08.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-yə köçən aparıcı Aynur Talıbova Tahoe gölünə səfəri zamanı cərimələnib.

Axşam.az xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında paylaşım edib. O, avtomobili səhv yerdə saxladıqları üçün 300 dollar cərimələndiklərini bildirib. Əlavə 53 dollar isə parklanma haqqı ödəyib.

A.Talıbova bildirib ki, Tahoe gölünü ziyarət onlara 353 dollara başa gəlib:

“Ölmədən öncə dünyada görülməsi lazım olan yerlər var. Tahoe gölü Kaliforniyanın kəşf edilməli yerlərindən biridir. Tahoe gölü iki ştatın ərazisində yerləşir. Maşını saxlayanda baxmadan səhv yerdə saxlamışıq. Nəticədə bizə 300 dollar (təxminən 510 manat) cərimə yazıldı. Üstəlik, parklanma üçün 53 dollar (təxminən 90 manat) ödəmişik”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью