Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aynur Camalqızına məxsus “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətini dayandırıb.
KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, İnformasiya Agentliyi hazırda “agentlik” statusunda olsa da, bundan sonra adi sayt kimi fəaliyyət göstərəcək.
Direktor İmdad Əlizadə və onunla bərabər bir sıra tanınmış jurnalistlər, müxbirlər işdən çıxarılıblar.
Bildirilib ki, yaradılan agentlik gözlənilən nəticəni vermədiyi üçün maliyyə dəstəyi tapa bilməyib.
Bu da əməkdaşların maaşlarının verilməsi ilə bağlı problem yaradıb və onların işinə son verilib.
Məlumata görə, Aynur Camalqızı agentliyi yaradarkən lazım olan avadanlıqları Bakıda yerləşən özəl banklardan birindən kredit götürməklə əldə edib.
Bu da quruma əvvəlcədən hər hansı maliyyə dəstəyinin verilmədiyini və Agentliyin yaradılmasının Camalqızının öz təşəbbüsü ilə baş tutduğunu göstərir.