Aynur İmanova: “Məqsədimiz yaxşı oyun göstərərək irəli getməkdir”

09.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Azərbaycan çempionatı bitdikdən bir həftə sonra məşqlərə başladıq”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin voleybolçusu Aynur İmanova deyib.

O, yığmamızın Qızıl Avropa Liqasına hazırlığını dəyərləndirib. İmanova bildirib ki, mayın 3-dən başlayan təlim-məşq toplanışı bu gündən Sloveniyada davam edəcək: “Burada yoldaşlıq matçlarımız olacaq. Oradan da mayın 25-də paytaxta qayıdıb Macarıstanla oyuna hazırlaşacağıq. Komanda olaraq məqsədimiz yaxşı oyun göstərərək irəli getməkdir”.

Qeyd edək ki, millimiz ilk oyununu mayın 30-u Macarıstan millisinə qarşı keçirəcək.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью