Aynurla Hikmət Hacıyevin səmimi söhbəti

13.07.2026

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hərşeyşünas" podkastının aparıcısı, dizayner Aynur Xəlilova Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda iştirak edib.

OLAY yazır ki, forumdan öncə Şuşada gəzinti zamanı Aynur Xəlilova Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bir araya gəlib.

İkili arasında maraqlı söhbət baş tutub. Xəlilova Hikmət Hacıyevi qonaq qismində verilişinə dəvət edib.

"İzləyirik. Məmnuniyyətlə qonağınız olaram. "Hərşeyşünas" maraqlı konsepsiyadır. Çox cəlbedici ad seçmisiniz. Bir qədər sarkastik və satirik elementlər də var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью