Moderator.az saytına istinadən Icma.az xəbər verir. “2012-ci ildə universiteti bitirmişəm və həmin ildən də teatr sahəsində çalışıram.
Əvvəlcə Bakı Estrada teatrında çalışırdım, ora bağlanandan sonra - 2017-ci ildə Bakı Uşaq və Gənclər teatrına gəlmişəm.
Aktrisa Könül Şahbazova ilə eyni dövrdə təhsil almışıq. O mənim məktəbdə hazırladığım bir nağıl tamaşanı izləmişdi və çox bəyənmişdi.
Məni dəvət etdi, gəldim İntiqam müəllimlə görüşdüm və o da özümü göstərməyə mənə şans verdi. 9 ildir ki, həmin teatrda çalışıram.
2027-ci ildə 10 ilim tamam olacaq. Başqa aktyorları deyə bilmərəm, amma mənə elə gəlir ki, sırf uşaq tamaşaları oynamaq üçün bu sənəti seçmi
Həyat mənə görə uşaqların alqışlarındadır. Təbii ki, böyüklərdən çox uşaqları razı salmaq, güldürmək çox çətindir.
Mənə görə Bakı Uşaq və Gənclər teatrı bunu çox gözəl və məharətlə bacarır”. Bunu Moderator.az-a açıqlamasında aktrisa Gülər Ləzgiyeva deyib.
O daha sonra əlavə edib: “Mənə görə teatr başqa bir aləmdir, məbəddir. Orada çalışan aktyorun tanınıb yaxud tanınmaması bir önəm daşımır.