Ayrılacağı iddia edilən məşqçi: “Bütün diqqətim dünya çempionatındadır”

17.06.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-dan sonra yığmadan ayrılacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

“Yayılan xəbərlər doğru deyil. Hazırda bütün diqqətim dünya çempionatındadır. Başqa nəsə düşünmürəm”.

Portuqaliya millisi K qrupunda Konqo, Kolumbiya və Özbəkistanla mübarizə aparır. Yığma ilk oyununu bu gün Konqoya qarşı keçirəcək. Matç saat 21:00-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью