Ayrıldığım adama 2 ay sonra qayıda bilmərəm

03.11.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gələn gedəni unutdurur. Hansı gələn gedəninizi unutdurmayıb?”

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədəki canlı yayımda deyib. Aktrisa sevgi və ayrılıqla bağlı fikirlərini bölüşüb:

“Kinolarda, seriallarda gedəni gözləyirlər. Baxıram, 10 il birini gözlədi, o da gedib gəzdi, dünyanı dolaşdı, birini aldı, boşadı, birini hamilə qoydu. Bu biri isə durub onu gözləyir. Mən birindən ayrılsam, iki ay keçəndən sonra qayıda bilmərəm. Oturub fikirləşəcəyəm ki, iki ay ərzində kimlərlə görüşdü, danışdı, gəlib yenidən mənimlədir? İnsan insanı 10 il gözləyər, sevər? Ömür həyat sevir, sən də gözlə. Az qalıb bütün dünyaya donor olub, sən də sev. Sevgi yoxdur. Pul da vacibdir.

Ayrılıq bir gündən o tərəfə olmaz. Hələ bir günə də şübhə edirəm. Planlayırmış ki, ayrılım, bir günə nə gəldi edim. Sevən adam niyə ayrı qalmalıdır ki? Bunun üçün böyük səbəb olmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью