Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir”.
Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva “Arxa plan” yutub layihəsində deyib. Aktrisa gənclərə sosial şəbəkələrdən istifadə ilə bağlı məsləhətlər verib.
O, yeni nəslin əvvəlkilərdən fərqli böyüdüyünü deyərək gənclərin azadlıq anlayışına diqqət çəkib:
“Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir”.
S.Əliyeva prodüseri olduğu “Mikrorayon” serialından da söz açıb. O, layihədə yeniyetmələrin həyatından bəhs etdiklərini bildirib:
“Mikrorayon“ yeniyetmələrin hekayəsi idi. Nazik cizgini qorumaq şərti ilə yazdıq. “Vətəndaş A“ serialı isə göstərdi ki, qadının azadlığı TikTok-dakı azadlıq deyil.
Mən özüm də bununla rastlaşmışam. Qadın ayrılırsa, batmırsa, ayaq üstə durur və uşaq böyüdürsə, qınanır. Hamı qınayırdı. O vaxtlar boşanmaq belə eyib sayılırdı. Müasir zamanda xanımlar daha irəli gedə bilsinlər, çərçivədən çıxsınlar. Cəmiyyətin qınağından qorxanlar var”.