Ayrılıq Paşalı Eyvazın hekayəsi | Icma.az
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Paşalı Eyvazın "Ayrılıq" hekayəsini təqdim edir. Nərgiz xanım nasazlamışdı.
Saat on olmasına baxma­yayaraq, hələ də yerində qurcalanırdı və qalxmağa tən­bəllik edirdi.
Bir az əvvəl rayona yola düşən həyat yol­daşı Murad müəllimi də (Murad müəllim yaxın rayonda işləyirdi və hər gün işə gedib-gələ bilirdi) həmişəki kimi darvazadan deyil, evin qapısından yola salmışdı.
Həyat yoldaşı qayğıkeşliklə yerindən qalx­mamasını desə də, o, qapıya qədər gəlməyi özünə borc bilmişdi.
Çıxarkən Murad müəllim dönə-dönə tapşırmışdı ki, yatıb dincəlsin, qalxmasın. Bir neçə dərman da ver­mişdi ki, qəbul etsin.
Son günlər evdəki dedi-qodular, xüsusən gəlininin tez-tez ayrılıqdan söhbət salması və oğlunun da səssiz qalması Nərgiz xanımın narahatlıq dolu anlarını ar­tır­mışdı.
Oğlu ilə gəlini bağlı qapılar arxasında saatlarla pıç-pıç edir, otaqdan çıxanda oğlunun üzündəki dəyişimi görəndə nəyinsə qırılıb-düşəcəyindən ehtiyat edirdi.
Oğ­lunun tez-tez ah çəkməsi, fikirli gəzməsi, qısası, özündə olmaması ananın yuxusuna haram qatmışdı.
Tam oxu
Xəbəri oxu