Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Ayrılıqdan sonra insanın görünüşündə dəyişiklik etmək istəyi psixoloji olaraq özünü yenidən toparlamaq ehtiyacı ilə bağlı ola bilər.
Redaktor.az xəbər verir ki, moda üzrə mütəxəssis Natalya Semenova bildirib ki, ayrılıqdan sonra insanlar tez-tez həyatlarına nəzarəti itirdiklərini hiss edirlər. Bu zaman görünüş insanın özünün idarə edə bildiyi sahələrdən birinə çevrilir.
Onun sözlərinə görə, saç düzümünü dəyişmək, yeni paltar almaq və ya qarderobu yeniləmək insanın özünü münasibətdən kənarda yenidən görməsinə kömək edə bilər.
Mütəxəssis qeyd edib ki, belə dəyişikliklər bəzən ayrılığın həyatın sonu deyil, sadəcə yeni bir mərhələnin başlanğıcı olduğunu hiss etməyə imkan verir. Bu baxımdan, stil dəyişikliyi sadəcə görünüşü dəyişmək deyil, insanın özünü yenidən kəşf etməsinin bir yolu ola bilər.
Aytəkin TOFİQQIZI