Ayrılıqlarını qeyd etmək istədilər, məclis qanlı davaya çevrildi

11.11.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk diyarında ayrılıqlarını qeyd edən keçmiş cütlük arasında mübahisə qanlı insidentlə nəticələnib.

Məlumata görə, 44 yaşlı qadın əşyalarını götürmək üçün keçmiş sevgilisinin evinə gəlib və yeni sevgilisinin yanına köçəcəyini bildirib.

Kişi onun həyatındakı bu dəyişikliyi qeyd etməyi təklif edib və keçmiş sevgilisinə spirtli içki süzüb.

Birlikdə içki içdikləri zaman aralarında mübahisə yaranıb. Qısqanclıq zəminində kişi qadına zərbə endirib. Buna cavab olaraq qadın bıçağı götürərək keçmiş sevgilisinə bir neçə dəfə xəsarət yetirib.

Hadisədən sonra qadın yaralı kişiyə ilkin tibbi yardım göstərib, polis və təcili tibbi yardım çağırıb.

Qadın barəsində cinayət işi açılıb və o, həbs edilib.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью