Ayrılmaq mənim qərarım idi

23.06.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Əməkdar artist Füruzə İbadova şəxsi həyatından danışıb.

Axşam.az xəbər verir ki, müğənni "Bir gün" verilişində ilk evliliyindən söz açıb. O bildirib ki, ayrılmaq öz qərarı olub:

"Nəslimdə olan xanımlarə ərə verib, bəyləri evləndirdim. 30 yaşımda ailə qurdum. 32 yaşımda qızım doğuldu. Sevib ailə qurmuşdum. O qədər yorğun idim ki, ailə yükü daim çiynimdə idi. Xoşbəxt ola bilmədim. Ayrılıq qərarını özüm verdim. Dedim, övladımı tək böyüdəcəyəm. Mən elə bir qadın deyiləm ki, mənə xəyanət ola. Bu, mənim istəyim oldu. Özümə söz vermişdim ki, heç vaxt ailədən danışmayacağam. Efirdə ailədən ailəsi olan danışmalıdır".

F.İbadova ikinci dəfə ailə qurmamasından danışıb:

"Qadınam, övladıma olan sevgini heç kimlə paylaşmıram. Mən insanam, bəndəyəm. Daxilimdə həm qadın, həm kişi, ata, ana, nənə və baba var. Özümü bu hisslərlə mükəmməl hiss edirəm. Nəvəm 4 dil bilir. Xaricdə 4 universitetdən dəvət alıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью