Aysel Bayramova vəzifəsini tərk etdi

02.10.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri Aysel Bayramova öz istəyi ilə vəzifəsindən azad olunub.

Milli.Az Yurd.media-ya istinadən xəbər verir ki, o,  "Aqualink"də fəaliyyətə başlayıb.

Müvafiq əmrlə A.Bayramova "Aqualink" şirkətinin Satınalma, təchizat və tenderlər şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, A.Bayramova 2022-2024-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baş məsləhətçi, 2024-2026-cı ildə TƏBİB-də şöbə müdiri vəzifəsində çalışıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью