Aysel doğum günündə özünə mahnı hədiyyə etdi

12.06.2026

Shownews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Aysel Əlizadə doğum gününü yaradıcılıq sürprizi ilə qeyd edib.

Sənətçi bu əlamətdar gündə dinləyicilərinə yeni layihəsini təqdim edib. 

"O da ki" adlı mahnının sözləri Leyli Erol, musiqisi isə Hakan Erol imzasını daşıyır.

Mahnı dinləyicilərə klip ilə birlikdə təqdim olunub. Klipin rejissorluğu Xəyal Nəcəfli tərəfindən həyata keçirilib.

Layihədə Aysel Əlizadə zərif və eleqant görünüşü ilə diqqət çəkib. Müğənni qara libası və qızılı aksessuarları ilə obrazına xüsusi ahəng qatıb.

Həm musiqisi, həm də vizual tərzi ilə seçilən "O da ki" layihəsi sənətçinin rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımdadır.

Aysel


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью