Aysel Əlizadədən evliliklə bağlı səmimi etiraf

20.06.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müğənni Aysel Əlizadə şəxsi həyatı ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
Demokrat.az
xəbər verir ki, sənətçi "Afaqla onlar" verilişində qonaq olarkən evliliyə münasibətindən söz açıb.
O, bəzi insanların düşündüyünün əksinə olaraq ailə qurmağa qarşı olmadığını bildirib.
Aysel Əlizadənin sözlərinə görə, anası bəzən onun evlənmək istəmədiyini düşünür. Lakin müğənni qeyd edib ki, bu fikir həqiqəti əks etdirmir:
"Mən hisslərini çox nümayiş etdirməyən insanam. Ailə sahibi olmaq mənim də istəyimdir. Sadəcə, inanıram ki, hər şeyin öz vaxtı var. Qismət olanda bu addım da atılacaq. Hazırda isə həyatımda belə bir dəyişiklik yoxdur".
İfaçı vurğulayıb ki, şəxsi həyatı ilə bağlı hər hansı yenilik baş verərsə, bunu gizlətməyəcək.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью