Aysel İbayevaya vəzifə verildi Foto

21.09.2026

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

O bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə isə "PAŞA Sığorta" ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью