Aysel Teymurzadə 13 ildən sonra ilk dəfə səhnəyə çıxacaq

15.05.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Aysel Teymurzadə uzun illərdən sonra yenidən səhnəyə qayıdır.

News24.az xəbər verir ki, sənətçi 13 ildən sonra ilk dəfə səhnəyə çıxacaq. Teymurzadə ölkənin əsas musiqi tədbirlərindən olan "Dreamfest"də çıxış edəcək. 

Bu barədə sənətçi özü məlumat verib. O yay aylarından birində illər sonra sevənləri qarşısında sevilən hitlərini səsləndirəcək. 

Xatırladaq ki, Aysel Teymurzadə 2012-ci ildə Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. Onların 3 övladı var. 

\\BAKU.WS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью