Ayseldən “Oğlanın var?” sualına maraqlı cavab

21.11.2024

Icma.az bildirir, News24 portalına istinadən.

Müğənni Aysel Əlizadə öz "Instagram" səhifəsində izləyicilərinin ünvanladığı sualları cavablandırıb. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, o, süd vəzi əməliyyatı etdirməsi ilə bağlı suala belə reaksiya verib:

"Qətiyyən olmayıb. Olsa, səmimi cavablandıraram. Anormal baxmıram. Bu sual çox verilir. Üzümə isə vitaminlər vurdururam".

Şəxsi həyatı ilə bağlı "Oğlanın var" sualına Aysel cavabında deyib: "Subayam. Qəlbimi yandıranı silirəm, uzaqlaşıram, aid olduğum torpaqda çiçək açıram.

Hər kəs sevgiyə layiq deyil. Layiq olmayanlara həyatımda önəm vermədiyim üçün qəlbimi yandıra bilmir. Oxşayan əllərin dəyərini bilək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью