Ayselin ölümünə səbəb olan həkimə bu cəza VERİLDİ

01.10.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb.

Redaktoraz “Qafqazinfo”ya istinadla xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub.

Qusar Rayon Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, A.Babayeva vaxtında düzgün tibbi xidmətin göstərilməməsi səbəbindən yaranmış ağciyər trombozundan həyatını itirib.

Məhkəmənin hökmü ilə E.Əsgərova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qeyd edək ki, Aysel Babayeva 2 il imiş ailə həyatı qurubmuş. O, xəstəxanaya hamiləlik planlaşdırılması ilə əlaqədar, stimulyasiya üçün müraciət edibmiş.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью