Ayşən Abduləzimova: “Məqsədimiz qrupdan çıxmaqdır” VİDEO

07.07.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Avqustun 21-də voleybol bayramı olacaq”.

İdman.Biz xəbər verir ki, bunu voleybol yığmanın kapitanı Ayşən Abduləzimova jurnalistlərə açıqlamasında deyib.

“Avropa çempionatı Azərbaycanda ikinci dəfə keçiriləcək. Məqsəd yer aldığımız qrupdan çıxmaqdır. Polina Rəhimovanın da heyətə qoşulması gücümüzə əlavə güc qatacaq”, - deyə Abduləzimova söyləyib.

Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

Leyla Eminova

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью