Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun ilk dəfə atasının səsini eşidib.
Axşam.az xəbər verir ki, Yaşar bəy "Rəngarəng" verilişinə telefonla qoşulub.
Aysun bildirib ki, illərdi atasını axtarıb, amma qarşı tərəf onu görmək istəməyib. Yaşar isə "Ona mən Ayşə adını qoymuşdum.
4 yaşı olanda anasına zəng etdim. Anası dedi ki, Aysunun yeni atası var, sən ona lazım deyilsən. Gəlsin evimə, balamı görüm.
Mən ondan küsməmişəm. Üç balam var. İkisi yanımdadır" sözlərini söyləyib. "Nə danışacağımı bilmirəm. Onun qapısına getdim.
Əmim olduğunu deyən şəxs atamın məni görmək istəmədiyini dedi. 28 ildir atamı tanımamışam" deyən Aysun, göz yaşlarını saxlaya bilməyib.
Посмотреть эту публикацию в Instagram Публикация от Axşam.az (@axsamaz) Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.