Aysun bir reklama NEÇƏYƏ ÇƏKİLİR? Məbləği AÇIQLADI Yeni Çağ Media

21.11.2024

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Aysun İsmayılova “Instagram”da reklam paylaşımlarının qiymətini açıqlayıb.

Yenicag.az xəbər verir ki, sənətçi “Rəngarəng” verilişində bir paylaşım üçün 5 min manat ödəniş aldığını bildirib:

“Özüm istifadə etmədiyim heç nəyi paylaşmıram. Peşəkar videoqrafla gedib çəkiliş edib gəlirəm. Hamısı bir yerdə qiymət də 5 min manatdır. Amma simalıq olarsa, qiymət xeyli dərəcədə dəyişir. O zaman, müqavilə ilə işləyirsən və birillik müqavilə bağlayırsan. Bir dəfə sima oluramsa, mahnının sözlərini dəyişərəmsə, o mahnının bəstəkarından icazə alıb, ona da ödəniş etməliyəm”.

Nehru

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью