Aysun heç vaxt görüşmədiyi atası barədə: Ona demək istədiyim bütüm sözləri dedim

30.03.2025

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Müğənni Aysun İsmayılova heç vaxt görüşmədiyi atasından danışıb.

Bu barədə ifaçı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, atası ilə bağlı terapiyada kövrək anlar yaşayıb:

"Bilirsiniz ki, mən atamla görüşmürəm. Onu üzdən tanımıram. Amma bu gün seansda şüuraltımda onunla görüşdüm. Atamla bütün bağlarımı kəsdim. Ona demək istədiyim bütüm sözləri dedim. Bütün seans boyu ağladım, sonunu çox gözəl bitirdik. Gələcəkdə xəyalını qurduğum həyatı gördüm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью