Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Aysun İsmayılova görünüşü ilə bağlı etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi üzündəki estetik prosedurlar barədə danışaraq hazırkı görünüşündən razı olduğunu bildirib.
Aysun son zamanlar özünü daha çox bəyəndiyini, xüsusilə dodaqlarının formasından məmnun qaldığını vurğulayıb. Müğənni üzündəki dolğuların böyük əksəriyyətini əritdirdiyini, hazırda yalnız dodaqlarında gel qaldığını deyib.
O, açıqlamasında bu sözləri söyləyib:
"Son zamanlar özümü çox bəyənirəm. Dodağımın formasını o qədər bəyənirəm ki... Hazırda üzümdə dodağımdan başqa heç bir yerdə gel yoxdur. Üzümdə olan gellərin hamısı əridilib. Yalnızca botoksum, alın nahiyəsində dolğum qalıb".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)