Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aparıcı Aytəkin Mərdanova "Xəzər TV"də yayımlanan verilişləri ilə bağlı sualları cavablandırıb.
Axşam.az xəbər verir ki, aparıcı proqramlarının yeni mövsümdə efirə getməməsi haqda açıqlama verib. O bildirib ki, mövsümə gələn həftədən start verəcək.
Aytəkin "Evdəkilərə salam" və "Qonaqcanlı"nın yeni mövsümə gec başlamasının da səbəbini açıqlayıb:
"Gələn həftə efirdəyəm. Bu həftə səfərim var, ona görə də efirə qayıtmadım. Gələn həftədən hər iki proqramım yeni bölümləri ilə yayımlanacaq. Hamının gözü bizdə olsun".