Aytən Səfərova qiymət artımından şikayət etdi

06.12.2025

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Aparıcı Aytən Səfərova qiymət artımından şikayətlənib.

Axşam.az xəbər verir ki, aparıcı verilişində Azərbaycanda marketlərdə hər həftə qiymətlərin artırıldığını deyib:

"Biri var ildə bir dəfə, biri var üç aydan bir, biri də var hər həftə bu sahədə qiymət artımı olur. Bu həftə 10 qəpiyə aldığımız, 1 həftə sonra 15 qəpikdir. İndi Azərbaycanda qiymətlər qurbağa effekti ilə artırılır: qaynar suya qurbağanı atsan, özünü qazandan çölə atır. Bir də var soyuq suyun içinə qurbağa qoyub, qazı yandırırsan. Su isindikcə, bədən öyrəşir və ölür. Qiymət artımı da bizdə belədir, yavaş-yavaş. Birdən etsələr narazıçılıq olar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью