Ayu: Semenyo parlaq futbolçudur

03.06.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qana millisinin kapitanı Jordan Ayu komanda yoldaşı Antuan Semenyo haqqında yüksək fikirlər səsləndirib. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu Semenyonun son mövsümdəki çıxışını xüsusi vurğulayıb:
"O, həqiqətən də parlaq futbolçudur. Hamımız bilirik ki, bu keyfiyyətlər onda hələ "Bornmut"da çıxış etdiyi dövrdən var idi. Daha sonra bunu "Mançester Siti"də də nümayiş etdirdi. Azarkeşlər onunla fəxr edir, komanda yoldaşları da onun uğurlarına sevinir".
Ayu bildirib ki, Semenyonun uğurları komandanın ümumi işinin nəticəsidir:
"Ümid edirik ki, o, bu çıxışını davam etdirəcək və Qana millisində də eyni səviyyədə oynayacaq. Təkcə o deyil, bütün komanda yaxşı çıxış edir. Özümüzü yaxşı hiss edirik və xoşbəxtik".
Qeyd edək ki, Semenyo ötən mövsüm qış "transfer pəncərəsi"ndə "Mançester Siti"yə transfer olub. Hücumçu Premyer Liqada 17 qol vurub və mövsümün ən yaxşı futbolçusu adına namizədlər siyahısına daxil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью