Ayverson “5 lik” düzəltdi

13.10.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Beynəlxalq Basketbol Federasiyasının (FİBA) Şərəf zalının üzvü, Ulduzların oyununun 11 qat iştirakçısı Allen Ayverson tarixin ən yaxşı 5 basketbolçusunun adını çəkib.

Onun fikrincə, MBA tarixinin ən yaxşı 5 oyunçusu bunlardı: Maykl Cordan, Lebron Ceyms, Kobi Brayant, Stiven Karri, Şakil O’Nil.
Allen Karrinin oyununu böyük heyranlıqla xarakterizə edib:

“Həyatımda heç vaxt belə bir şey görməmişəm”.


Allenin 50 yaşı var. Peşəkar basketbolda 1996-cı ildə debüt edib. Amerikalı atlet 2010-cu ilə qədər MBA-da çıxış edib. Allen “Filadelfiya 76”, “Denver”, “Detroyt”, “Memfis” və “Beşiktaş”da çıxış edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью