Ayxan Abbasov Antalyaspor un düşərgəsində

20.03.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor" klubunun düşərgəsində olub. 

Fanat.Az xəbər verir ki, Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb. 

Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar. Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью