Ayxan Abbasov: Bəlkə də bu mövsüm çempionatda ən vacib qələbəmiz idi

31.01.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində bu gün Yevlaxda "Kəpəz"i məğlub edən (2:0) "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

Mühüm qələbə idi. Bəlkə də çempionatda ən vacib qələbəmizi qazandıq. Rəqib "Qarabağ"la səfər matçında qələbə qazanmışdı. Məğlub olacağımız halda, xal fərqi azala bilərdi. Şadam ki, qələbə qazandıq. Futbolçulara və bizi dəstəkləmək üçün Yevlaxa gələn azarkeşlərimizə təşəkkür edirəm. Ötən oyunda "Qəbələ"yə 0:4 hesabı ilə uduzsaq da, təhlil zamanı ən yaxşı oyunlarımızdan birini keçirdiyimizi müəyyənləşdirdik. Həmin məğlubiyyətdən sonra ünvanımıza tənqidlər oldu. Sanki sonuncu yerə düşmüşdük. Təəssüf ki, gənclərin oyununu görməzdən gəlirlər.

Qapıçımız Rikardo bu gün ən yaxşı oyununu keçirdi. İki oyundur ki, barmağı qırıq halda komandaya kömək edir. Dördüncü sarı vərəqəni alaraq cəzalı duruma düşdü".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью