Ayxan Abbasov: “Buna nail olduğumuz üçün sevinirik”

10.06.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq matçında San Marino yığmasını məğlub edib - 2:1.

Apasport.az xəbər verir ki, oyundan sonra komandamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

"Futbolçulara təşəkkür edirəm. Malta ilə görüşdəki məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik. Millətlər Liqası öncəsi son təlim-məşq toplanışımız olduğundan, bütün oyunçuları meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur, bu səbəbdən heyətdə dəyişikliklər etdik. Malta ilə matçda olduğu kimi, əsas problemimiz yenə qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu. Oyunun tempi normal idi, ardıcıl hücumlar qururduq. Həm futbolçular, həm də biz qələbə qazanmaq istəyirdik və buna nail olduğumuz üçün sevinirik".

Azərbaycan seçməsi məğlub olub Millimiz Maltaya məğlub oldu - YENİLƏNİB Siyasət Əsgərov: “Ən kiçik səhv belə təhlükəlidir” Millimiz məğlub oldu - YENİLƏNİB Azərbaycanlı hakimlərə UEFA-dan təyinat
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью