sport24.az saytına istinadən Icma.az xəbər verir. "Əsas odur ki, böyük zədələrlə rastlaşmadıq. Yüngül zədələr oldu.
Amma məşqlərdə istədiyimiz tempi ala bildik". Bu sözləri Sport24.az saytına açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis qış təlim-məşq toplanışının "Sabah"la keçirilən son yoxlama oyunu barəsində də danışıb: "Futbolçularımızda yüklənmələr yaxşı oldu.
Bilirik ki, təlim-məşq toplanışında futbolçular yorğun olurlar. Çətin olduğunu başa düşürük. "Sabah"la 3 hissəli maraqlı oyun oldu.
Futbolçular verilən tapşırıqları yerinə yetirə bildilər. Qol epizodlarından istifadə edə bilmədik. Bunun üzərində çalışmalıyıq".
Qeyd edək ki, dünən baş tutan yoxlama görüşündə "Şamaxı" "Sabah"a 0:2 hesabı ilə məğlub olub Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.