Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
“Futbolçulara da dedim ki, məsuliyyət mənim üzərimdədir".
“Yeni Sabah” xəbər verir ki, bunu millinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə heç-heçədən sonra deyib.
"Mən qələbə qazanan komandaya gəlməmişəm. Real danışaq. Özümü qorumuram. Mən komandaya gələndə İslandiya bizə gəzə-gəzə 5 qol vururdu, yoldaşlıq görüşlərində 0:3 hesablı məğlubiyyətlərimiz olurdu", - deyə baş məşqçi əlavə edib. Sezar pizza
Ayxan Abbasov bildirib: "Komandada əzmkarlıq artıb, yeni adlar üzə çıxarırıq. Amma bu, yetərli deyil. Zaman lazımdır. Mən oldum, ya başqası, çox şey dəyişməyəcək. Əsas odur ki, millidə istək var, təslim olmurlar. Neçə oyundur uduzmuruq, amma uda da bilmirik. Ən böyük problem budur. Futbolçuların sayı çox azdır. Aşağıdan başlamalıyıq. Klubların və akademiyaların üzərinə böyük yük düşür. İş gedir. Bilirik ki, əlimizdə olan material budur”.