Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan I Liqasında VI tura start verilib. Turnirin iddialı komandalarının qarşılaşmasında “Şahdağ Qusar” prinsipial qələbə qazanıb.
Futbolpress.az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən matçda “Səbail”lə üz-üzə gələn Qusar təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “Şahdağ Qusar” turnir cədvəlində birinci pillədəki mövqeyini möhkəmlədib. Məğlubiyyətə uğrayan paytaxt təmsilçisi isə 11 xalla 3-cü sırada qərarlaşıb.
Qusar klubunun üstünlüyü ilə yekunlaşan qarşılaşmanı Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov da stadiondan canlı izləyib.
Yığmamız UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda 5 xalla liderlik edir və mərhələnin sonuncu matçında səfərdə Lixtenşteynin qonağı olacaq.