Ayxan Abbasov iki sevimli futbolçusundan məhrum oldu

17.02.2025

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Kəpəz”lə qarşılaşacaq “Şamaxı” oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, bölgə klubunun heyətində Belajdi Pusi cəzalı durumda olduğu üçün Tovuzdakı matçı buraxmaq məcburiyyətindədi.

Bundan başqa, komandanın lideri  Leroy Mikels də Gəncə klubu ilə görüşdə meydanda olmayacaq. Buna səbəb almaniyalı legionerin zədəli olmasıdır.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью