Ayxan Abbasov: İndi daha rəqabətli heyətimiz var | Icma.az
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Şamaxı" Misli Premyer Liqasının 19-cu turunda səfərdə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Maraqlı oyun alındı.
Birinci hissə qollarla başladı. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik. Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu.
Təəssüflənirik ki, xal qazana bilmədik. Oyun baxımından futbolçulardan razı qaldım. Bəzi futbolçular tam hazır deyil.
Amma onlar da, yeni gələnlər çempionatımızı hiss etdi. Leroy Mikelsin yoxluğu oyunumuza təsir etdi.
Mövsümün sonuna qədər maraqlı oyunlar olacaq. Komandadan 8 futbolçu ayrıldı. Onların yerini doldurmalıydıq.
Qışa qədər bir çox oyunlarda əziyyət çəkdik. Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, dörd əcnəbi oyunçu gətirdik.
Tam oxu
Xəbəri oxu